Bank Of Baku

Azərbaycanda «Diabetik təbii meyvə şirələri» adlı yeni milli standart qəbul olunub

Azərbaycanda «Diabetik təbii meyvə şirələri» adlı yeni milli standart qəbul olunub
# 28 yanvar 2010 07:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) «Diabetik təbii meyvə şirələri» adlı AZS 399 standartını qəbul edib. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.

Standart meyvə və giləmeyvələrdən hazırlanan, şəkərli diabetlərin qidalanmasına icazə verilən şəkərəvəzedicilər əlavə edilmiş təbii şirələrə şamil edilir. AZS 399 standartı əsasında istehsal olunan meyvə şirələrinin üzərində «Məhsul şəkərli diabetlər üçündür. Pəhriz həkiminin təyininə müvafiq olaraq istifadə edin» cümlələri yazılacaq. Şirələrin saxlama müddəti 24 ay nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR