Bank Of Baku

Azərbaycan ötən il un idxalını kəskin azaldıb

Azərbaycan ötən il un idxalını kəskin azaldıb
# 01 fevral 2010 10:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycana 931 239,4 ton buğda, 33 178,6 ton un idxal edilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitsindən məlumat verilib.

Ölkəyə gətirilmiş buğdanın dəyəri 194 765,5 min dollar, unun dəyəri isə 7 556,9 min dollar təşkil edib. Hesabat dövründə Azərbaycana buğda idxalı 40,5%, un idxalı isə 3,2 dəfə azalıb.

Qeyd edək ki, Nazirlər Kabineti ölkədə taxıl istehsalını dəstəkləmək məqsədi ilə 2009-cu il may ayının 1-dən ölkəyə idxal olunan buğdaya əlavə dəyər vergisi tətbiq edib.

Ötən il Azərbaycanda 2 988,3 min ton taxıl məhsulu toplanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR