Bank Of Baku

Dmitri Medvedev “Rusiya Federasiyasının ərzaq təhlükəsizliyi Doktrinası”nı təsdiq edib

Dmitri Medvedev “Rusiya Federasiyasının ərzaq təhlükəsizliyi Doktrinası”nı təsdiq edib
# 01 fevral 2010 14:47 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya prezidenti Dmitri Medvedev “Rusiya Federasiyasının ərzaq təhlükəsizliyi Doktrinası”nı təsdiq edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, sənədin tam mətni Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, doktrina layihəsi 12 il əvvəl hazırlanıb. Lakin o vaxtkı prezident Boris Yeltsin sənədi imzalamaqdan imtina edib. O, səbəb kimi doktrinanın icrası üçün ölkənin kənd təsərrüfatı sahəsinin zəruri dəstəyi verəcəyinə inanmadığını bildirib.

Doktrina 2020-ci ilə qədər Rusiya bazarında yerli taxılın payının 95%-ə, qəndin payının 80%-ə çatdırılmasını nəzərdə tutur. Digər ərzaq məhsullarının payı isə aşağıdakı kimi olacaq: ət və duz – 85%, kartof – 95%, bitki yağları və balıq – 80%, süd məhsulları – 90%. Ümumilikdə on il sonra Rusiyada əsas qida məhsullarının 80%-i istehsal olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR