Bank Of Baku

«Aqrolizinq» ASC gübrələrin saxlanılması və paylanması üçün regional logistik bazanın tikintisi ilə bağlı tender keçirir

«Aqrolizinq» ASC gübrələrin saxlanılması və paylanması üçün regional logistik bazanın tikintisi ilə bağlı tender keçirir
# 12 fevral 2010 07:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Aqrolizinq» ASC Cəlilabad rayonunda mineral gübrələrin saxlanılması və paylanması üçün regional logistik bazanın tikintisi işlərinin satın alınması məqsədi ilə tender keçirir. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin Tender Komissiyasından məlumat verilib.

Bir lot üzrə keçirilən tenderin qalibi elan olunacaq şirkət tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 150 gün ərzində təhvil verməlidir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağı qiymət, tikinti işləri və istifadə olunan materialların standartlara uyğunluğu, keyfiyyətə bir il zəmanət barədə öhdəlik təqdim edənlərə üstünlük veriləcək.

Tenderdə iştirak haqqı 1000 manatdır.

İddiaçılar tenderdə iştirak üçün sənədlərini aprelin 1-dək, tender təklifi və bank təminatını isə aprelin 8-dək «Aqrolizinq» ASC-yə (Bakı şəh., Bakıxanov qəsəbəsi, Bünyadov küç, 12; tel. (+994 12) 425 6129) təqdim etməlidirlər.

Tender zərfləri aprelin 9-da açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR