Bank Of Baku

Ucar rayonunun Qaradağlı icmasına yeni qrant ayrılıb

Ucar rayonunun Qaradağlı icmasına yeni qrant ayrılıb
# 16 fevral 2010 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. BP şirkəti və onun «Azəri-Çıraq-Günəşli (AÇG)», Bakı-Tiflis-Ceyhan (BTC), «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Ucar rayonunun Qaradağlı icmasına yeni qrant ayırıb. Bu barədə «APA-Economics»ə «BP Azerbaijan» şirkətindən məlumat verilib.

Layihənin məqsədi kiçik torpaq sahələrinin sahibləri, fermerlər, ticarətçilər, emal sahəsində çalışanlar, kənd təsərrüfatı xidmətlərini təmin edənlər və təchizatçılar da daxil olmaqla əsasən kənd təsərrüfatı sektorunda çalışan icma üzvləridir. Layihə davamlı gəlir yaradılmasını təmin etmək üçün nəzərdə tutulub. Bura yem bitkiləri toxumları, tərəvəz toxumları və yeni yem emalı qurğusunun təmin edilməsi, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal sahəsində çalışanlara müvafiq kənd təsərrüfatı və biznes bilik və bacarıqlarının ötürülməsi yolu ilə nail olunacaq.

Layihə 1996-cı ildə təsis edilmiş yerli qeyri-hökumət təşkilatı olan Gəncə Aqrobiznes Assosiasiyası (GAA) tərəfindən həyata keçiriləcək. GAA layihəni həyata keçirmək üçün BP və tərəfdaşlarının BTC və CQBK boru kəmərləri boyunca Davamlı İnkişaf Təşəbbüsü çərçivəsində keçirilmiş müsabiqə əsasında seçilib.

Layihənin ümumi dəyəri təqribən 121 min ABŞ dolları məbləğindədir. Burada BP və tərəfdaşlarının payı 110 min dollardan artıq, icma və layihəni həyata keçirən tərəfin payı isə qalan – təxminən 11 min dollar həcmindədir. Bir il müddətinə icra olunan layihə 2010-cu ilin noyabr ayında başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR