Bank Of Baku

Azərbaycan son 15 ildə taxıl istehsalını 3 dəfə artırıb

Azərbaycan son 15 ildə taxıl istehsalını 3 dəfə artırıb
# 17 fevral 2010 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Ötən il ərzində Azərbaycanda taxıl istehsalı 2 988,3 min ton, tərəvəz - 1 177,9 min ton, kartof - 983 min ton, meyvə - 721 min ton, bostan məhsullarının istehsalı isə 411 min ton təşkli edib ki, bu da 1995-ci ilə nisbətən müvafiq olaraq 3,2 dəfə, 2,8 dəfə, 6,3 dəfə, 2,2 dəfə və 9,8 dəfə çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində kənd təsərrüfatında 2 320,6 mln. manatlıq və ya ÜDM-in 6,7%-i miqdarında məhsul istehsal edilib. Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 433,4 mln. manat olub ki, bu da 2008-ci illə müqayisədə 3,5%, o cümlədən bitkiçilik məhsulları üzrə 4%, heyvandarlıq məhsulları üzrə isə 2,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR