Bank Of Baku

Ötən il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 71 mln. manat ödənilib

Ötən il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 71 mln. manat ödənilib
# 17 fevral 2010 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda 2007-2009-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına buğda və çəltik səpininə görə 205,5 mln. manat, mineral gübrələrin güzəştlə satışına görə 15,7 mln. manat həcmində subsidiya ödənilib.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2007-2009-cu illər ərzində toxum satışına görə və özəl toxumçuluq və tingçilik təsərrüfatlarına cəmi 9,276 mln. manat susidiyia ayrılıb.

Nazirlikdən bildirilib ki, ötən il dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına ödənişlərin həcmi 70,978 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR