Bank Of Baku

«Aqrolizinq» ASC traktorların alınması, sığortalanması və şok dondurma avadanlıqlarının satın alınması üçün tender keçirir

«Aqrolizinq» ASC traktorların alınması, sığortalanması və şok dondurma avadanlıqlarının satın alınması üçün tender keçirir
# 18 fevral 2010 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Aqrolizinq» ASC traktorların alınması, sığortalanması, regional gübrə anbarlarının, aqroservis filiallarının tikintisi və şok dondurma avadanlıqlarının satın alınması üçün tender keçirir. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin tender komissiyasından məlumat verilib.

Tender 4 lot üzrə keçirilir. Birinci lota 40 ədəd 40-50 at gücü olan təkərli traktorların satınalınması (İnkoterms 2000 DDP şərti ilə müqavilə bağlandıqdan sonra 80 gün ərzində təhvil verilməklə), ikinci lota kombayn, traktor və digər texnikaların sığortalanması, üçüncü lota Bərdə rayonunda regional logistik gübrə anbarı, Qusar, Biləsuvar, Ağdam və Ağcabədi rayonlarında aqroservis filiallarının tikinti işlərinin layihə-smeta sənədlərinin hazırlanması (30 gün ərzində təhvil verilməli), dördüncü lota şok dondurma avadanlıqlarının alınması (İnkoterms 2000 DDP şərti ilə müqavilə bağlandıqdan sonra 30 gün ərzində təhvil verilməklə) daxildir.

Tender təklifləri qiymətləndirilərkən aşağı qiymət, beynəlxalq standartlara uyğunluq, müqavilələrin yerinə yetirilmə müddəti, istifadə müddətində texniki servis xidmətinin göstərilməsi və iki illik zəmanət barədə öhdəlikləri olanlara üstünlük veriləcək.

Tenderdə iştirak haqqı birinci lot üzrə 300 manat, ikinci lot üzrə 300 manat, üçüncü lot üzrə 100 manat, dördüncü lot üzrə 100 manatdır.

Tenderdə iştirakla sənədlər, bağlı tender təklifi və bank təminatı martın 2-dək «Aqrolizinq» ASC-yə (Bakı şəh., Bakıxanov qəsəbəsi, Bünyadov küç, 12. e-mail: [email protected]) təqdim olunmalıdır.

Tender təklifləri martın 3-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR