Bank Of Baku

Azərbaycan yanvarda buğda idxalını 19% azaldıb

Azərbaycan yanvarda buğda idxalını 19% azaldıb
# 22 fevral 2010 07:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycana buğda idxalı 2009-cu ilin yanvar ayı ilə müqayisədə 19,1% azalıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitədən verilən məlumata görə, yanvar ayında Azərbaycana 14 402,2 min ABŞ dolları dəyərində 71 143,8 ton buğda idxal olunub. İdxal olunmuş buğdanın dəyəri 2009-cu ilin yanvar ayı ilə müqayisədə 3,3% azdır.

Yanvar ayında Azərbaycana həmçinin 7,5 min ABŞ dolları dəyərində 12,6 ton un gətirilib.

Qeyd edək ki, 2009-cu il ərzində ümumilikdə Azərbaycana 931 239,4 ton buğda, 33 178,6 ton un idxal edilib. Həmçinin, Azərbaycanda 2 988,3 min ton taxıl məhsulu toplanılıb.

Xatırladaq ki, Nazirlər Kabineti ölkədə taxıl istehsalını dəstəkləmək məqsədi ilə 2009-cu il may ayının 1-dən ölkəyə idxal olunan buğdaya əlavə dəyər vergisi tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR