Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri son bir ildə 4% ucuzlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri son bir ildə 4% ucuzlaşıb
# 22 fevral 2010 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2009-cu ilin dekabr ayına nisbətən 0,5% artıb, ötən ilin yanvar ayına nisbətən isə 4,3% ucuzlaşıb.

Dövlət Satistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar ayında bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi 2009-cu ilin dekabr ayına nisbətən 99,5% olub. Bu bölmədə meyvələr və qoz-fındığın istehsalçı qiymətləri 1,5%, tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının qiymətləri 0,1% bahalaşıb, dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri isə 1,4% ucuzlaşıb.

Yanvar ayında diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi keçən ilin dekabr ayına nisbətən 101,5% təşkil edib. Heyvandarlıq bölməsində diri iribuynuzlu qaramal və onun törəməsi məhsullarının qiymətləri 4,5% bahalaşıb, diri qoyunların, keçilərin və onlardan alınan məhsulların qiymətləri 0,8%, diri quşların və yumurtanın istehsalçı qiymətləri isə 2,4% ucuzlaşıb.

Ay ərzində meşə təsərrüfatı məhsullarının qiymətlərində ötən ilin dekabr ayına nisbətən heç bir dəyişiklik olmayıb. Balıq və sair balıqçılıq məhsullarının qiymətlərində isə 4,7% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR