Bank Of Baku

Azərbaycan yanvarda spirtli içkilərin idxalını kəskin azaldıb

Azərbaycan yanvarda spirtli içkilərin idxalını kəskin azaldıb
# 23 fevral 2010 07:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar ayında Azərbaycana 377 min ABŞ dolları dəyərində 106 326,3 litr spirtli içki idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Azərbaycana spirtli içkilərin idxalı 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə azalıb.

Bununla bərabər tütün məmulatlarının idxalı 42,8% azalıb. Yanvar ayında ölkəyə 13 938 min dollar dəyərində 688 053 min ədəd tütün məmulatı (siqaret, siqar, papiros və s.) gətirilib. Siprtli içkilər və tütün məmulatlarından fərqli olaraq tütün idxalında 72,1% artım olub. Hesabat dövründə Azərbaycana 649,4 min dollar dəyərində 146,3 ton tütün idxal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR