Bank Of Baku

Azərbaycanda cins qaramalın sayı artıb

Azərbaycanda cins qaramalın sayı artıb
# 24 fevral 2010 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda damazlıq məqsədilə təsərrüfatlara 1 760 baş qaramal, 12 621 baş qoyun və keçi, 12 baş at satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci illə müqayisədə satılmış cins qaramalın sayı 1,8 dəfə, qoyun və keçilərin sayı 27% artıb.

Bununla yanaşı, hesabat ilində 48 760 baş inək, camış və düyə süni mayalandırılıb və bunların hamısı elit törədicilərin toxumları ilə həyata keçirilib.

Qeyd edək ki, bu işlər Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının (2008-2015-ci illər) Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların həyata keçirilməsi ilə əlaqədar yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR