Bank Of Baku

Azərbaycanın «Anadolu İnvestments» şirkəti Rusiyada pomidor emalı fabriki inşa edəcək

Azərbaycanın «Anadolu İnvestments» şirkəti Rusiyada pomidor emalı fabriki inşa edəcək
# 01 mart 2010 11:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın «Anadolu İnvestments» şirkəti Rusiyada pomidor emalı fabriki inşa edəcək.

APA-nın «Agro.ru» saytına istinadən məlumatına görə, inşaat işlərinə mart ayında başlanacaq.

Fabrik Krasnodar vilayətinin Beloreçensk şəhərində inşa ediləcək. Vilayət administrasiyası ilə şirkət arasında 12 mln. dollar dəyəri olan bu obyektin inşası haqqında saziş ötən ilin payızında Soçidə keçirilən forum çərçivəsində imzalanıb. Fabrik 15 hektar sahədə yerləşəcək. Müəssisədə İtaliya istehsalı olan avadanlıq quraşdırılacaq. İnşaat işlərinin yaya kimi başa çatması planlaşdırılır. Hazırda layihə dövlət ekspertizasından keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR