Bank Of Baku

Moskvada beynəlxalq dequstasiya müsabiqəsi keçiriləcək

Moskvada beynəlxalq dequstasiya müsabiqəsi keçiriləcək
# 02 mart 2010 13:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayında Moskvada beynəlxalq dequstasiya müsabiqəsi keçiriləcək.

Bu barədə «APA-Economics»ə Azərbaycanın Respublika Mərkəzi Dequstasiya Komissiyasının sədri Sabir Vəliyev məlumat verib.

Tədbirdə Sabir Vəliyev Beynəlxalq Dequstasiya Komissiyasının üzvü kimi şərab məhsullarının qiymətləndirilməsində iştirak edəcək. Tədbir çərçivəsində Rusiya, MDB dövlətləri və digər ölkələrdən şirkətlər istehsal etdikləri şərab məhsullarını nümayiş etdirəcək.

S.Vəliyev Respublika Mərkəzi Dequstasiya Komissiyasının sərgi və dequstasiyada iştirakla bağlı Azərbaycanda iştirak edən bütün şirkətlərə müraciət edəcəyini də vurğulayıb: «Əvvəlki dequstasiya konqreslərində Azərbaycan istehsalı olan şərab və konyakların əksəriyyəti qızıl medala və Qran-pri mükafatlarına layiq görülüb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR