Bank Of Baku

Bakıda Toxumçuluq Şurasının ikinci iclası keçirilib

Bakıda Toxumçuluq Şurasının ikinci iclası keçirilib
# 03 mart 2010 10:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Elm Mərkəzinin təşkilatçılığı ilə Toxumçuluq Şurasının ikinci iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, iclasda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Elm Mərkəzinin nümayəndələri qlobal istiləşmə ilə bağlı isti şəraitə uyğun toxumların yetişdirilməsi və ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin sözlərinə görə, bu tədbiri təşkil etməkdə nazirliyin əsas məqsədi qlobal istiləşmə şəraitində toxumçuluq sisteminin təkmilləşdirilməsi, həmçinin gələcəkdə bu sahədə hər hansı bir problemin yaranmaması üçün vahid bir mexanizmin yaradılmasıdır: “Ölkəyə isti hava kütləsi daxil olduqda, bitkilərdə yevralizasiya prosesi gedir və nəticədə məhsuldarlıq azalır. Buna görə də əsas məqsədimiz qlobal istiləşmə şəraitində toxumçuluq sistemini necə inkişaf etdirmək, hansı texnologiyadan istifadə etməklə məhsuldarlığı artırmaq kimi mexanizmləri insanlara geniş mənada çatdırmaqdır».

B.Əliyev ölkədə toxumçuluğun inkişafının daha da sürətləndirilməsi üçün akkreditasiya olunmuş laboratoriyaların yaradılmasının vacibliyini vurğulayıb: «Ölkəyə gətirilən peyvəndlər və ya hər hansı bir toxumun bu laboratoriyalardan keçməsi daha məqsədəuyğundur. Çünki idxal zamanı xəstə toxumlara da rast gəlmək olur».

B.Əliyev daha sonra genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) danışıb və bundan artıq bir sıra Avropa ölkələrinin imtina etdiyini bildirib: “Hesab edirəm ki, Azərbaycan da bundan imtina etməli, toxumçuluq sahəsində daxili istehsalı inkişaf etdirməli və xarici toxumlardan asılılığı azaltmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR