Bank Of Baku

«Aqrolizinq» ASC Gəncə Avtomobil Zavodundan 500 traktor alacaq

«Aqrolizinq» ASC Gəncə Avtomobil Zavodundan 500 traktor alacaq
# 05 mart 2010 08:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC bu il Gəncə Avtomobil Zavodundan (GAZ) traktorlar alacaq. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-dən məlumat verilib.

Səhmdar cəmiyyətindən verilən məlumata görə, zavodla bağlanmış müqaviləyə əsasən «Aqrolizinq» bu il GAZ-ın istehsalı olan 500 ədəd «Belarus» markalı traktor alacaq. Bu traktorlardan 300-ü 89 at gücündə olan «Belarus-89.2» və 130 at gücündə «Belarus-1221» markalı traktorlardır.

Cari ildə dövlət büdcəsindən «Aqrolizinq» ASC-yə traktorların alınmasına 14 mln. manat, mineral gübrələrin alınmasına 8 mln. manat, digər kənd təsərrüfatı texnikalarının alınmasına 3,5 mln. manat, texnoloji avadanlıqların alınmasına 9,5 mln. manat, cins damazlıq heyvanların alınmasına isə 3 mln. manat vəsait ayrılıb.

Qeyd edək ki, indiyədək «Aqrolizinq» ASC tərəfindən 2004-2009-cu illərdə 2 494 traktor, 990 taxılyığan kombayn və 5 843 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınaraq lizinqlə fermerlərə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR