Bank Of Baku

«Aqrolizinq» soyuducu kameralar və gübrə anbarları üçün avadanlıqların alınması üçün tender keçirir

«Aqrolizinq» soyuducu kameralar və gübrə anbarları üçün avadanlıqların alınması üçün tender keçirir
# 11 mart 2010 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Aqrolizinq» ASC soyuducu kameralar və gübrə anbarları üçün avadanlıqların satın alınmasına dair tender keçirir. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin Tender Komissiyasından məlumat verilib.

Tender üç lot üzrə keçirilir. Birinci lota atmosfer kontrollu (qaz sistemli) 2000 ton tutumlu və tutumu 1500 ton olan soyuducu kamera üçün avadanlıqların alınması və quraşdırılması, ikinci lota 1000 ton tutumu olan atmosfer kontrollu soyuducu kamera üçün avadanlığın və 5000 ton tutumu olan atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların alınması və quraşdırılması, üçüncü lota isə gübrə anbarları üçün 5000 ədəd taxta altlıqların (poddon) alınması daxildir.

Tenderin qalibi olmuş iddiaçılar birinci və ikinci lotlar üzrə göstərilən avadanlıqları 120 gün ərzində, üçüncü lot üzrə isə 60 gün ərzində DDP-İnkoterms-2000 şərti ilə səhmdar cəmiyyətinə təhvil verməlidir.

Tenderdə iştirak haqqı birinci və ikinci lot üzrə 1000 manat, üçüncü lot üzrə isə 100 manatdır.

İddiaçılar sənədlərini martın 17-dək «Aqrolizinq» ASC-yə (Bakı, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12, tel/fax: (994 12) 425 6129, e-mail: [email protected]) təqdim etməlidirlər. Tender zərfləri martın 18-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR