Bank Of Baku

Azərbaycan Beynəlxalq Şərab Festivalında iştirak edəcək

Azərbaycan Beynəlxalq Şərab Festivalında iştirak edəcək
# 11 mart 2010 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın şərab istehsalı ilə məşğul olan müəssisə və şirkətləri Plovdivdə (Bolqarıstan) keçiriləcək Beynəlxalq Şərab Festivalında (Vinaria-2010) iştirak edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Bolqarıstan Ticarət-Sənaye Palatasının təşkilatçılığı ilə martın 14-17-də keçirilən festivala Azərbaycandan olan şərab istehsalçıları da dəvət olunub. Festival çərçivəsində keçiriləcək sərgidə 30-a yaxın ölkədən olan şərab və spirtli içki istehsalçıları öz məhsullarını nümayiş edəcək.

Bundan başqa, tədbir çərçivəsində ən yaxşı şərabın seçilməsinə dair müsabiqə də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR