Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov: «Bu il Taxıl Fonduna daha çox yerli məhsul toplanacaq»

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov: «Bu il Taxıl Fonduna daha çox yerli məhsul toplanacaq»
# 12 mart 2010 11:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. «Bu il Azərbaycanda ötən ilkindən az taxıl əkilməyib. Dövlətin fermerlər üçün nəzərdə tutduğu subsidiyalar tam şəkildə verilib. Taxıl Fonduna yığılan ehtiyata gəlincə, keçən il də bildirmişəm ki, fonda ancaq yüksək keyfiyyətli taxıl qəbul olunur. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə də əvvəlcədən hansı növ taxılın tələb olunması ilə bağlı təlimat göndərilib. Biz ötən il yerlərdən müəyyən qədər taxılı ehtiyat fonduna almışıq. Hesab edirik ki, fermerlər taxılın keyfiyyətinə daha çox fikir verəcəklər». APA-nın xəbərinə görə, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Nazir bildirib ki, yaxın vaxtlarda Səngəçalda 100 min tonluq, Gəncədə isə 60 min tonluq taxıl anbarının tikintisi başa çatacaq. Onun sözlərinə görə, Naxçıvanda 30 min tonluq taxıl anbarının tikintisi artıq başa çatıb və anbar istifadəyə verilib. K.Heydərov qeyd edib ki, yaxın vaxtlarda Bakı ətrafı ərazilərin birində daha bir 100 min tonluq taxıl anbarının inşasına başlanacaq: «Nazirlər Kabinetinin sərəncamına görə, Azərbaycanda ildə 260 min ton taxıl ehtiyatı olmalıdır. Bu gün artıq 115 min ton taxıl anbarlarda saxlanılır. Bu anbarları biz icarəyə götürmüşük».

K.Heydərov bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda fermerlərə dövlət tərəfindən daha çox diqqət ayrılır: «Fermerlərə müxtəlif növ güzəştlər, subsidiyalar verilir. İnkişaf etmiş ölkələrdə belə güzəştlər yoxdur. Lakin bir daha bildirirəm ki, ehtiyat taxıl fondunda keyfiyyətsiz taxıl ola bilməz. İdxalı azaltmaq, yerli istehsalda keyfiyyəti artırmaq üçün işlər görülür. Hesab edirik ki, bu il Ehtiyat Taxıl Fonduna daha çox yerli məhsul alınacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR