Bank Of Baku

Azərbaycan Avropaya viski ixracına başlayır

Azərbaycan Avropaya viski ixracına başlayır
# 12 mart 2010 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan ilk dəfə olaraq Avropa ölkələrinə viski ixracına başlayacaq. Bu barədə «APA-Economics»ə viski istehsalını təşkil edən «Tovuz Baltiya» şirkətinin direktoru Naiq Məmmədhəsənov məlumat verib.

N.Məmmədhəsənovun sözlərinə görə, şirkət artıq yaxın aylarda viskini «Tovuz Qafqaz» brendi altında Almaniyaya, ilin sonunda isə Hindistana ixrac etməyi planlaşdırır. Artıq hər iki ölkəyə məhsul ixracına dair müvafiq müqavilələr imzalanıb.

Şirkət rəhbəri bildirib ki, müqaviləyə uyğun olaraq Almaniyaya ilk partiyada 0,75 qramlıq şüşələrdə 75 min butulka ixrac olunacaq: «Bu məhsul yanvar ayında Almaniyada keçirilən «Yaşıl Həftə» sərgisində nümayiş etdirilib və müsbət qarşılanıb. Bu viskilər yerli məhsullardan çəkilmiş və palıd çəlləklərdə 10 il saxlanılmış spirtdən hazırlanıb».

N.Məmmədhəsənov artıq şirkətin Yaponiyaya nardan hazırlanmış araq, likor və brendinin ixracına başladığını və ilk ödənişlərin aldığını vurğulayıb. Hazırda növbəti məhsul partiyasının ixracına hazırlıq görülür.

Şirkət rəhbəri şərab və alkoqollu içkilərin istehsalında yerli məhsullardan istifadə etdiklərini, xammal idxal etmədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR