Bank Of Baku

«Aqrarkedit» bu il sahibkarlara 3 mln. manat həcmində güzəştli kredit ayıracaq

«Aqrarkedit» bu il sahibkarlara 3 mln. manat həcmində güzəştli kredit ayıracaq
# 16 mart 2010 10:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA –Economics. Azərbaycanın «Aqrarkedit» qeyri-bank kredit təşkilatı 2010-cu il ərzində Sahibkarlığa Komək Milli Fodunun xətti ilə sahibkarlara ümumilikdə 3 mln. manat həcmində kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu «Aqrarkedit»in İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, Fond tərəfindən təşkilata ayrılan vəsaitlərin qalığı 5 mln. manata çatıb. Bu il ərzində «Aqrarkedit»in biznes planında bu vəsaitin 3 mln. manatını sahibkarlara kredit şəklində verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.

Cari ilin yanvar ayının 1-nə təşkilatın aktivlərinin həcmi 25,336 mln. manat, kredit portfeli 16 mln. manat, məcmu kapitalı 14,275 mln. manat, nizamnamə kapitalı isə 18,535 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR