Bank Of Baku

Azərbaycan və FAO arasında iki yeni layihənin icrası ilə bağlı müqavilə imzalanacaq

Azərbaycan və FAO arasında iki yeni layihənin icrası ilə bağlı müqavilə imzalanacaq
# 16 mart 2010 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin mart ayının 18-də Bakıda Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq Proqramı (FAO) arasında iki yeni layihənin həyata keçirilməsinə dair müqavilə imzalanacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

M.Hacıyevin sözlərinə görə, FAO tərəfindən maliyyələşdiriləcək layihənin biri yalnız Azərbaycanda həyata keçiriləcək. İkinci layihə isə Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə reallaşdırılacaq.

M.Hacıyevin sözlərinə görə, layihələrdən biri, «Ənənəvi bitki selleksiyası və biotexniki imkanlar hesabına Azərbaycanda bitki genetik ehtiyatlarından istifadənin gücləndirilməsi Layihəsi», digəri isə «Qafqazda və Mərkəzi Asiyada köçəri və digər çəyirtkə ziyanvericilərinə nəzarətin yaxşılaşdırılması Layihəsi»dir. FAO-nun sonuncu layihəsində Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğıcıstan, Tacikstan və Əfqanıstan iştirak edəcək.

Layihələr üzrə FAO-nun nə qədər vəsait ayıracağı isə müqavilələr rəsmən imzalanmadıqdan sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR