Bank Of Baku

«Aqrolizinq» tenderlərin qaliblərinin adını açıqlayıb

«Aqrolizinq» tenderlərin qaliblərinin adını açıqlayıb
# 17 mart 2010 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC 40-50 at gücündə 40 ədəd təkərli traktor, kombayn, traktor və digər texnikanın sığortalanması, Bərdə rayonunda tikiləcək regional logistik gübrə anbarının və Qusar, Biləsuvar, Ağdam və Ağcabədi rayon aqroservis filiallarının layihə-smeta sənədlərinin hazılanması, həmçinin şok dondurma avadanlıqlarının satın alınması üçün elan etdiyi tenderlərin qaliblərini müəyyənləşdirib.

«Aqrolizinq» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, təkərli traktorların sığortalanması «Santer Trade Ltd.» şirkəti, kombayn, traktor və digər texnikanın sığortalanması «Alfa Sığorta» şirkəti, regional logistik gübrə anbarı və rayon aqroservis filiallarının layihə-smeta sənədlərinin hazılanması «Murad-M», şok dondurma avadanlıqlarının alınması isə «Cantek» şirkətinə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR