Bank Of Baku

Bu il Azərbaycanda keçən ildəkindən az sahədə yazlıq bitkilər əkilib

Bu il Azərbaycanda keçən ildəkindən az sahədə yazlıq bitkilər əkilib
# 17 mart 2010 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 1-i vəziyyətinə Azərbaycanda 32,9 min hektar və ya keçən ildəkindən 0,8% az sahədə yazlıq bitkilər əkilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, buna baxmayaraq keçən ildəkindən 56,3% çox sahədə dənli və dənli paxlalılar (qarğıdalısız), 30,1% çox şəkər çuğunduru, 13,9% çox sahədə çoxillik otlar əkilib. Ümumi əkinin 32,8%-ni kartof, 18,8%-ni tərəvəz bitkiləri, 41,6%-ni çoxillik otlar təşkil edir.

Bundan başqa, cari ilin yanvar-fevral aylarında ölkə üzrə diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövründəkinə nisbətən bəzi quşçuluq fabriklərinin hesabına 1,5% azalıb, süd istehsalı 4,3%, yumurta istehsalı isə 5,3% artıb.

Hesabat dövründə həmçinin, ölkədə diri çəkidə ət istehsalı istisna olmaqla, əsas heyvandarlıq məhsullarının istehsalının keçən ilin müvafiq dövrünə nisbətən artması bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun artımına təsir göstərib və 1,5% artım əldə edilib.

Bununla yanaşı, 2010-cu ilin yanvar-fevral aylarında ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 221 min manat olub. Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən isə 21 min manat dəyərində balıq ovlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR