Bank Of Baku

Azərbaycandakı kredit təşkilatları kənd təsərrüfatı kreditlərinin payını 20-40% artırmağı planlaşdırır

Azərbaycandakı kredit təşkilatları kənd təsərrüfatı kreditlərinin payını 20-40% artırmağı planlaşdırır
# 18 mart 2010 13:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) kənd təsərrüfatı kreditlərinin sığortalanmasını inkişaf etdirmək məqsədilə I Media və Təşviqat Kampaniyasının təşkili ilə bağlı tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, kampaniyanın məqsədi Azərbaycanda kənd təsərrüfatı kreditlərinin sığortalanmasının alternativ mexanizmlərinin hazırlanması istiqamətində yeni tədqiqat təşəbbüslərinə dair məlumatların yenilənməsindən ibarətdir.

Tədbirdə AMA-nın təşviqat işləri üzrə meneceri Ayxan Nəsibli kənd təsərrüfatı kreditlərinin sığortalanmasının maliyyə böhranından sonrakı dövrdə müxtəlif maraqlı tərəflərə müsbət təsir göstərəcəyini bildirib. O, kənd təsərrüfatı sektoruna kreditlər ayıran üzv təşkilatlar, banklar və bank olmayan kredit təşkilatları arasında keçirilən sorğunun nəticələrini də açıqlayıb.

Nəticələrə əsasən, təşkilatların əksəriyyəti bazarın tələblərini və potensial resurslarını nəzərə almaqla 2-3 il ərzində öz portfellərində kənd təsərrüfatı kreditlərinin payını 20-40%-dən çox artırmağı planlaşdırır. Həmçinin, təşkilatlar məhsullar arasında növbəliyin nəzərdən keçirilməsi ilə kənd təsərrüfatında səmərəliliyin artırılmasını, kreditlərin sığortalanmasını, yerli korporativlərin yaradılmasını və düzgün proqnozlaşdırmanı məqsədəuyğun hesab edirlər.

Daha son tədqiqat qrupunun rəhbəri Vaqif Rüstəmov kənd təsərrüfatı kreditlərinin sığortalanması mexanizmi üzrə Avropa və Asiya ölkələrində aparılan araşdırmalara əsaslanan metodologiyanı və beynəlxalq təcrübəni təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR