Bank Of Baku

Novruz bayramı münasibətilə Bakıda keçirilən yarmarkalara nəzarət gücləndiriləcək

Novruz bayramı münasibətilə Bakıda keçirilən yarmarkalara nəzarət gücləndiriləcək
# 18 mart 2010 14:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Novruz bayramı ilə əlaqədar olaraq Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına nəzarət gücləndiriləcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasov bildirib ki, yarmarkalar ənənəvi yerlərində təşkil olunacaq. Bayramla əlaqədar yarmarkalara əvvəlkilərdən daha çox məhsulun çıxarılması planlaşdırılır.

«Biz bu dəfə yarmarkalara əsasən bayramda istifadə olunan məhsulların çıxarılmasını müzakirə etmişik və müvafiq qərar verilib», - deyə İ.Abasov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərində yarmarkalar 2007-ci ildən təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR