Bank Of Baku

Nazir İsmət Abasov: «Bu il Azərbaycanda taxıl istehsalında problem olmayacaq»

Nazir İsmət Abasov: «Bu il Azərbaycanda taxıl istehsalında problem olmayacaq»
# 18 mart 2010 14:59 (UTC +04:00)


İ.Abasovun sözlərinə görə, bəzi yerlərdə məhsuldarlığın yüksək olması aparılmış aqrotexniki tədbirlər və xaricdən yüksək məhsuldarlıqlı toxumluq buğdanın gətirilməsi ilə bağlıdır.

«Ölkə üzrə ümumilikdə orta hesabla 27-28 sentner məhsul istehsalı gözlənilir. İstehsalla bağlı ilkin proqnozlar göstərir ki, məhsul istehsalında problem olmayacaq», - deyə nazir əlavə edib.

İ.Abasov həmçinin qeyd edib ki, kənd təsərrüfatında məhsul istehsalı hava şəraiti ilə bağlı olduğundan indidən dəqiq proqnoz vermək çətindir.

Qeyd edək ki, Azərbaycanda 2009-cu ildə qarğıdalı da daxil olmaqla 1 125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla 2 988,3 min ton taxıl məhsulu toplanılıb ki, 2008-ci ilə nisbətən onun istehsalı 19,6% artıb. İstehsal olunmuş taxıl məhsulunun 71,7%-ni və ya 2 141,4 min tonunu buğda təşki edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR