Bank Of Baku

Nazir: Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması zəruridir

Nazir: Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması zəruridir
# 18 mart 2010 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması zəruridir və bu, bir sıra problemlərin aradan qaldırılmasına kömək edəcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Fermer təsərrüfatlarının kooperativləşməsi məsələsinə şəxsən ciddi baxdığını qeyd edən İ.Abasovun sözlərinə görə, əks halda, kənd təsərrüfatında işlər çətin olacaq. Birləşmə məhsulun maya dəyərinin ucuzlaşmasına, bir sıra problemlərin aradan qalxmasına, istehsalın artmasına təkan verəcək. Nazir onu da qeyd edib ki, artıq şimal bölgəsində, xüsusilə də Xaçmaz rayonunda bu məsələ öz həllini tapır.

İ.Abasov ərzaq buğdasının əkininə görə fermerlərə subsidiyaların verilməsində heç bir problem olmadığını, Nazirlər Kabineti tərəfindən bu yaxınlarda vəsait bölgüsünün təsdiq olunduğunu qeyd edib. Artıq Maliyyə Nazirliyi həmin vəsaiti istehsalçılara çatdırılmasını təmin edir.

Nazir hesab edir ki, hazırda fermerlərə buğda əkininə, yanacaq və motor yağlarına görə verilən subsidiyalar kifayət qədərdir: «Bu gün Azərbaycan MDB-də aqrar sektora ən çox subsidiya verən ölkədir. Amma gələcəkdə təkliflər olarsa, ehtiyac duyularsa, istehsalçılara verilən subsidiyaların məbləğinin artırılması barədə məsələ qaldırıla bilər».

Qeyd edək ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər 1 hektar sahənin becərilməsi üçün istifadə olunmuş yanacaq və motor yağlarına görə 40 manat, buğda istehsalçılarına isə əlavə olaraq 40 manat (1 ha sahəyə ümumilikdə 80 manat) subsidiya verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR