Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Almaniyaya səfər edəcək

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Almaniyaya səfər edəcək
# 18 mart 2010 15:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Yaxın vaxtlarda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ölkəyə gətiriləcək cins damazlıq inəklərin seçimi üçün Almaniyaya səfər edəcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun verdiyi məlumata görə, artıq cins heyvanların ölkəyə gətirilməsi üçün elan edilmiş tender yekunlaşıb və şirkət seçilib. Bu günlərdə nazirliyin, Dövlət Baytarlıq Xidməti və «Aqrolizinq» ASC-nin nümayəndələri heyvanların ilk partiyasının seçimini aparmaq üçün Almaniyaya səfər edəcək. Heyvanlar seçiləndən sonra Almaniya Baytarlıq Xidməti tərəfindən sertifikatla təmin olunacaq, sağlamlığı ilə bağlı baytarlıq aktı və digər sənədlər hazırlanandan sonra heyvanlar ölkəyə gətiriləcək. Cins heyvanlar ötən il olduğu kimi, Azərbaycanda bir ay karantin keçdikdən sonra fermerlərə lizinqə veriləcək.

Qeyd edək ki, ötən il cins inəkləri «Aqrolizinq» ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın «Rista Alliance» şirkəti gətirib. Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən güzəşt olunur. Fermerlər qalan 50% vəsaitin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəməlidir. Ötən il Almaniyadan alınmış 1 heyvanın qiyməti 3600-3800 manat arasında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR