Bank Of Baku

Buğda və un idxalı azalıb

Buğda və un idxalı azalıb
# 26 mart 2010 09:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-fevral aylarında Azərbaycana 31 918,7 min ABŞ dolları dəyərində 154 868,8 ton buğda gətirilib. Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə buğda idxalı 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 55,2% azalıb.

Bununla yanaşı, yanvar-fevral aylarında Azərbaycana 71,2 min dollar dəyərində 272,1 ton un idxal olunub. Un idxalı 40 dəfə azalıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 2009-cu ilin may ayından Azərbaycana idxal edilən buğda və una əlavə dəyər vergisi tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR