Bank Of Baku

Ukrayna Rusiyadan donuz və donuz məhsullarının idxalını qadağan edib

Ukrayna Rusiyadan donuz və donuz məhsullarının idxalını qadağan edib
# 31 mart 2010 08:11 (UTC +04:00)
Bakı – APA-Economics. Ukrayna hökuməti Rusiyadan donuz və donuz məhsullarının idxalını qadağan edib.

APA-Economics”in “UNİAN”a istinadən məlumatına görə, bu barədə Ukrayna Veterinar Səhiyyə Dövlət Komitəsi açıqlama yayıb.

Martın 30-dan qüvvəyə minən qərar Rusiyanın Cənub, Mərkəzi və Privoljsk federal dairələrindən donuz və donuz məhsullarının, o cümlədən salanın (donuz piyinin) idxalını qadağan edir. Qadağaya səbəb Rusiyanın Volqoqrad, Saratov və Voronej vilayətlərində donuzların klassik vəba xəstəliyinə yoluxması halları barədə Beynəlxalq Epizootik Büronun məlumatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR