Bank Of Baku

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub

“Torpaqların  dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub
# 02 aprel 2010 13:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, komitə sədri Eldar İbrahimov gündəlikdə olan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi barədə məlumat verib. Komitə sədri deyib ki, bu sənəd torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi qaydalarını, bu sahədə tərəflər arasında yaranan münasibətləri tənzimləyir. Qeyd olunub ki, sənədin əvvəlki iki oxunuşunda millət vəkilləri və mütəxəssislərin irad və təklifləri işçi qrupunda ətraflı müzakirə edilib.

Qanun layihəsində fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun toxunulmazlığı, şəffaflığın təmin olunması, mübahisələrə yol verilməməsi tam əksini tapıb. Sənəddə həmçinin torpaqların alınması, alınan torpağın qiymətləndirilməsi, kompensasiya ilə bağlı iddialar, onun ödənilməsinə dair prosedur qaydaları və digər məsələlər geniş şəkildə əhatə olunub.
Qanun layihəsinə 21 yeni maddə əlavə olunub, 300-dən çox dəyişiklik edilib, sənədin dili və üslubu daha da təkmilləşdirilib.
Müzakirələrdən sonra sənəd parlamentə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR