Bank Of Baku

İran və Naxçıvan Muxtar Respublikası arasında memorandum imzalanıb

İran və Naxçıvan Muxtar Respublikası arasında memorandum imzalanıb
# 07 aprel 2010 15:01 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran və Naxçıvan Muxtar Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, ikitərəfli əlaqələrin genişlənməsi və inkişafı zəminində 10 bəndən ibarət memorandum imzalanıb.

Memorandumda Naxçıvanda şəkər çuğundurunun əkilməsi və yığımı, gömrük əlaqələrinin inkişafı, Naxçıvanda olan şəkər çuğundurunun İranın Xoy şəkər zavoduna daşınması, emalı, şəkər istehsalı və Naxçıvana daşınması, eləcə də digər məsələlər öz əksini tapıb.

Sənədi İran baş nazirinin müavini və Naxçıvan MR kənd təsərrüfatı nazirinin müavini Məhəmməd Abbasov imzalayıblar. M.Abbasov Xoy şəhərində keçirilən görüşdə Naxçıvanda 500 hektardan toplanan 20 min ton şəkər çuğundurunun Xoy şəhərinə aparıldığını və orada istehsal edilib Naxçıvana gətirildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR