SOS: Azərbaycanın Qarabağ bölgəsində dabaq xəstəliyi arta bilər
Onların sözlərinə görə, artıq mal-qaranın vaxtından əvvəl dabaq əleyhinə peyvəndləmə işlərinə başlanıb. Xüsusilə yaz aylarında özünü daha çox büruzə verən bu xəstəliyə qarşı ildə iki dəfə dövlət tərəfindən vaksin və digər preparatlar ayrılsa da, yoluxmanı tam aradan qaldırmaq mümkün olmur. Bunun əsas səbəbi isə bazarlardır. Belə ki, bəzən tam nəzarət altında olan yaşayış məntəqələrinə bir həftə ərzində bir neçə mal-qara bazarından çoxlu sayda iri və xırda buynuzlu heyvan alınıb gətirilir. Bunların əksəriyyəti isə peyvəndlənməmiş olur. Nəticədə daşıdıqları xəstəliklər qısa müddət ərzində immuniteti zəif canlılar arasında yayılmağa başlayır.
Baytar həkimlərin sözlərinə görə, heyvanların alqı-satqı mərkəzlərində satışa çıxarılan hər bir heyvanın baytar həkimindən müvafiq sağlamlıq və qeydiyyat arayışı olmalıdır. Eyni zamanda mal-qara bazarlarında baytar-buraxılış məntəqələri olmalı və satışa çıxarılan heyvanlar həkim rəyindən sonra alqı-satqı yerlərinə buraxılmalıdır.
APA-nın Qarabağ bürosunun araşdırmalarına görə, bölgədə ən iri mal-qara bazarı Bərdədə yerləşir. Hər həftənin cümə günü bura sayı 10 min başı üstələyən iri və xırda buynuzlu, eləcə də başqa ev və yük heyvanları gətirilir. Buna rəğmən, Bərdə mal-qara bazarında baytar-buraxılış məntəqəsi, heyvanların müayinəsi üçün yer və ekstremal şəraitlərdə dezinfeksiya baryerlərinin qurulması üçün şərait yoxdur. Həmçinin alqı-satqı prosesləri də tərəflər arasında rəsmi razılaşma olmadan aparılır.
Bərdə rayon Baytarlıq İdarəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, rayon ərazisində fəaliyyət göstərən mal-qara bazarında baytar-buraxılış məntəqəsinin qurulması üçün aidiyyəti qurumlara rəsmi qaydada dəfələrlə müraciət olunmasına baxmayaraq, illərdir məsələ həllini tapmamış qalır.
APA-nın araşdırması nəticəsində məlum olub ki, heyvanların bazarlarda rəsmi razılaşma olmadan satılması həm də oğurluq hallarının artmasına zəmin yaradır. Bərdə rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov APA-nın Qarabağ bürosuna bildirib ki, bərdəli asayiş keşikçilərinin çevikliyi nəticəsində mal-qara bazarında dəfələrlə oğurluq heyvanların satılmasının qarşısı alınıb. Xüsusilə ətraf rayonlardan gətirilmiş oğurluq heyvanlar barədə həmin rayonların polis şöbələrindən tez-tez məlumatlar daxil olur və oğurlanmış mal-qaranın sahibinin Bərdə bazarına gətirilməsi şərti ilə əməliyyat-axtarış tədbirləri keçirilir.
Aqrar-sənaye kompleksi
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq
Xəbər Lenti
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Kremldə Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb - VİDEO - YENİLƏNİB
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib