Bank Of Baku

Hacıqabulda meyvə və tərəvəzlərin saxlanması üçün soyuducu anbar tikilir

Hacıqabulda meyvə və tərəvəzlərin saxlanması üçün soyuducu anbar tikilir
# 13 aprel 2010 09:44 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı - APA. Hacıqabulda “Yurd El” MMC firması meyvə və tərəvəzlərin saxlanması üçün soyuducu anbar inşa edir. Bu barədə APA-nın Mil-Muğan bürosuna “Yurd El” MMC firmasının rəhbəri İlqar Süleymanov məlumat verib.

Sahibkarın dediyinə görə, Hacıqabulun Pirsaat kəndi ərazisində 2 min tonluq soyuducu anbar kompleksi tikilir. Soyuducu anbarda meyvə və tərəvəzlərin saxlanması ilə yanaşı, mənfi 45 dərəcəyə qədər dondurula bilən ət məhsullarının saxlanması üçün kamera da tikiləcək.

Smeta dəyəri 3,160 mln. manat olan anbarın tikintisinə artıq 1 mln. manatdan çox vəsait xərclənib. Sahibkarın sözlərinə görə, anbar istifadəyə verildikdən sonra orada məhsul vaxtı 80-100, digər vaxtlar isə daimi 25-30 nəfər işlə təmin olunacaq.

Qeyd edək ki, anbarın tikintisi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Mili Fondunun krediti hesabına həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR