Bank Of Baku

Azərbaycanda yeni süd emalı müəssisəsi inşa olunur

Azərbaycanda yeni süd emalı müəssisəsi inşa olunur
# 15 aprel 2010 14:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Atropatena» şirkəti Ağcabədi rayonunda gündəlik gücü 250 ton olan süd emalı müəssisəsi inşa edir.

«APA-Economics»in xəbərinə görə, bu barədə «Atropotena» şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov məlumat verib.

Xammalın bir hissəsi yerli fermerlərdən tədarük olunacaq. Bununla yanaşı, şirkət özünün xammal bazasını yaratmağa başlayıb. Bu məqsədlə şirkətin südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması ilə bağlı təqdim etdiyi layihənin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən maliyyələşdirilməsinə qərar verilib: «Bu layihə reallaşandan sonra şirkət özünü gündə 30 ton südlə təmin edəcək. Bununla yanaşı, ətraf fermer təsərrüfatlarından da süd toplanacaq».

«Atropotena» MMC-nin südlük heyvandarlıq kompleksinin yaradılması ilə bağlı layihəsinin ümumi dəyəri 8 mln. 350 min manat təşkil edir. SKMF-in layihəyə ayırdığı kredit isə 5 mln. manatdır. Layihə çərçivəsində südlük 1000 baş iribuynuzlu heyvanın alınması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR