Bank Of Baku

Azərbaycanın Şabran rayonunda üzümün ilkin emalı müəssisəsi inşa olunur

Azərbaycanın Şabran rayonunda üzümün ilkin emalı müəssisəsi inşa olunur
# 15 aprel 2010 14:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Şabran rayonunda rüblük istehsal gücü 20 min dekalitr təşkil edən üzümün ilkin emalı müəssisəsi inşa olunur.

Bu barədə «APA-Economics»ə «Sultan-O» şirkətinin rəhbəri Sultan Orucov məlumat verib.

S.Orucovun sözlərinə görə, müəssisənin tikintisi layihəsi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən də dəstəklənib. Ümumi dəyəri 1,5 mln. manat təşkil edən layihəyə SKMF 1 mln. manat güzəştli kredit ayırmağa razılıq verib.

Müəssisə xammalı əsasən Quba-Xaçmaz iqtisadi rayonundan tədarük edəcək. İstehsal prosesində isə Bolqarıstan, İtaliya və İspaniya texnologiyalarının qurulması nəzərdən keçirilir.

Şirkət rəhbərinin sözlərinə görə, istehsal edilmiş məhsul, yəni spirt şərab istehsalı müəssisələri üçün xammal kimi xaricə ixrac olunacaq. Gələcəkdə şirkət Azərbaycanda konyak və konyak içkilərinin istehsalını da planlaşdırır. S.Orucov bildirib ki, artıq xam spirtin alqı-satqısına dair rəhbərlik etdiyi şirkət Ukrayna, Rusiya və digər ölkələrin şərab istehsalçıları ilə müqavilələr bağlayıb. Hazırda şirkət mövcud imkanları hesabına Ukrayna və Rusiya istehsalçı şirkətlərinə məhsul göndərir. Ümumilikdə “Sultan-O” şirkəti tərəfindən 2005-ci ildən bu ölkələrin istehsalçılarına 24 mln. şüşə həcmində xammal göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR