Bank Of Baku

Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin iştirakı ilə yeni şirkət yaradılıb

Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin iştirakı ilə yeni şirkət yaradılıb
# 16 aprel 2010 14:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin iştirakı ilə yeni şirkət yaradılıb. «APA-Economics»in məlumatına görə, «bir pəncərə» sistemi üzrə dövlət qeydiyyatına alınmış şirkət «A Agro» adlanır. Nizamnamə kapitalı 2 264 023 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonunun Məmmədli kəndi, qanuni təmsilçisi isə Səməd Abasquliyevdir.

Şirkətin təsisçiləri qismində Xəzər İnvestisiya Şirkəti ilə yanaşı «Aqro Yurd» MMC və fiziki şəxs Səməd Abasquliyev çıxış edir.

Qeyd edək ki, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti 2007-ci ilin noyabr ayında ICD (İslam İnkişaf Korporasiyası) və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə təsis edilib. Müştərək investisiya şirkəti şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içki, donuz əti məhsullarının istehsalı), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta təşkilatları istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR