Bank Of Baku

Azərbaycan yanvar-mart aylarında un idxalını 26 dəfə azaldıb

Azərbaycan yanvar-mart aylarında un idxalını 26 dəfə azaldıb
# 20 aprel 2010 08:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycana 215 287,6 ton buğda və 689,3 ton un idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə gətirilmiş buğdanın dəyəri 44 079,5 min ABŞ dolları, unun dəyəri isə 176 min dollar təşkil edib.

Qeyd edək ki, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı 72,8%, un idxalı isə 25,6 dəfə azalıb.

Qeyd edək ki, Azərbaycanda 2009-cu ildə qarğıdalı da daxil olmaqla 1 125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla 2 988,3 min ton taxıl məhsulu toplanılıb ki, 2008-ci ilə nisbətən onun istehsalı 19,6% artıb. İstehsal olunmuş taxıl məhsulunun 71,7%-ni və ya 2 141,4 min tonunu buğda təşki edib. Ötən il may ayının 1-dən Azərbaycana gətirilən buğda və una əlavə dəyər vergisi tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR