Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri martda 2,1% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri martda 2,1% artıb
# 22 aprel 2010 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda bitkiçilik, bostan və bağçılıq, həmçinin diri mal-qara və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 2,1% bahalaşması nəticəsində ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 102,1% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bitkiçilik, bostan və bağçılıq məhsullarından kartofun istehsalçı qiymətləri 5,3%, sitrus meyvələrinin, kökümeyvəli və köküyumruluların 0,8%, turuncu meyvələrin 2,7%, zeytun və qoz-fındığın 1,9%, subtropik meyvələrin 0,5%, dənli bitkilərin 1,1%, tərəvəz məhsullarının 0,3%, digər qruplara daxil edilməyən sair tərəvəzlərin qiymətləri 6,4% bahalaşıb.

Diri mal-qara və heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiymətləri 19,7%, mal ətinin (diri çəkidə) 6,8%, quş ətinin (diri çəkidə) 5,2%, təbii balın 4,7% bahalaşıb, iribuynuzlu qaramaldan alınan südün 0,1%, qoyun ətinin (diri çəkidə) 0,2%, diri iribuynuzlu qaramalın 0,9%, diri qoyunların qiymətləri isə 3% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR