Bank Of Baku

Azərbaycan spirt idxalını 86% artırıb

Azərbaycan spirt idxalını 86% artırıb
# 23 aprel 2010 06:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycana 424 072,3 litr spirt, 1 149 387,3 litr spirtli içki gətirilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana spirt idxalı 85,6% artıb, spirtli içkilərin idxalı isə 54,9% azalıb.

Yanvar-mart aylarında Azərbaycana idxal olunmuş spirtin dəyəri 330,2 min ABŞ dolları, spirtli içkilərin dəyəri isə 2 127,4 min dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuş siprtin dəyəri 27,4% artıb, spirtli içkilərin dəyəri isə 27,4% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR