Bank Of Baku

Gəncədə biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinə həsr olunmuş regional müşavirə keçirilib

Gəncədə biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinə həsr olunmuş regional müşavirə keçirilib
# 23 aprel 2010 13:36 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Bu gün Gəncə şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizlik tədbirləri” proqramı çərçivəsində müşavirə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, müşavirədə müvafiq qurumların nümayəndələri və bölgədə fəaliyyət göstərən fermer təsərrüfatlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə bitkilərin biçin dövründə yanğın təhlükəsizlik tədbirlərinə necə əməl olunması, həmçinin biçin dövründə bütün kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, yanğınsöndürmə vasitələri ilə təmin edilməsi və digər bu kimi mövzular müzakirə olunub.

Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin hazırladığı “Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizlik tədbirləri” adlı bukletlər tədbir iştirakçılarına paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR