Bank Of Baku

«Dəvəçi Broyler» quş məhsullarının dərin emalına başlayacaq

«Dəvəçi Broyler» quş məhsullarının dərin emalına başlayacaq
# 27 aprel 2010 11:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Dəvəçi Broyler» ASC yaxın iki ay ərzində yüksək texnologiya ilə yarımfabrikatlar (quş məhsullarının dərin emalı) istehsalına başlayacaq.

«APA-Economics»in məlumatına görə, bunu «Dəvəçi Broyler» ASC-nin baş direktoru Zakir Əzimov bildirib.

Z.Əzimovun sözlərinə görə, yarımfabrikat məhsullar quşçuluğun istehsalı sahəsində yenilikdir. Bu istehsalın tətbiqi ilə bağlı müəssisə tərəfindən İtaliya, İspaniya və Hollandiyadan ən müasir avadanlıqlar gətirilib.

Z.Əzimov bildirib ki, yarımfabrikat istehsalında 50 çeşiddə (kotlet, rulet) məhsul istehsal ediləcək və birbaşa Azərbaycan bazarına çıxarılacaq.

Z.Əzimov həmçinin «Dəvəçi Broyler»in quşların kəsim prosesinin təkmilləşdirilməsi ilə bağlı «Stok» şirkəti ilə müqavilə bağladığını da qeyd edib: “Bu isə qida məhsulu təhlükəsizliyinin təmin edilməsinə zəmin yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR