Bank Of Baku

Bu il «Dəvəçi Broyler»in istehsal həcmi və xalis gəliri dəyişməyəcək

Bu il «Dəvəçi Broyler»in istehsal həcmi və xalis gəliri dəyişməyəcək
# 27 aprel 2010 11:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Dəvəçi Broyler» ASC bu il ərzində istehsal həcmini 9 min tondan bir qədər çox proqnozlaşdırıb.

«APA-Economics»in məlumatına görə, bunu «Dəvəçi Broyler»in baş direktoru Zakir Əzimov bildirib.

Z.Əzimovun sözlərinə görə, ötən il ərzində istehsalın həcmi 9 min tona yaxın olub: «Bu il ərzində də həmin rəqəmə (9 min ton) nail olunacaq. Quş ətinin istehsalı imkan daxilində 9 min tondan bir qədər də çox ola bilər».

Müəssisənin mənfəətindən danışan baş direktorun sözlərinə görə, 2009-cu ildə müəssisənin xalis mənfəəti 8 mln. manat təşkil edib: “Mənfəətdən ilk növbədə müəssisənin aparıcı sahələrinin inkişafına vəsait yönəldilir. Buna paralel olaraq mənfəətin bir qismi də səhmdarlar arasında bölüşdürülür”.

Z.Əzimov 2010-cu il ərzində «Dəvəçi Broyler»in xalis mənfəətinin 8 mln. manat civarında olacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR