Bank Of Baku

Moskvada I Beynəlxalq “Halal” sərgisi keçiriləcək

Moskvada I Beynəlxalq “Halal” sərgisi keçiriləcək
# 28 aprel 2010 08:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. İyunun 7-dən 9-dək Moskvadakı “Krokus Ekspo” Beynəlxalq Sərgi Mərkəzində Rusiya Müftilər Şurası tərəfindən təşkil olunmuş Birinci Moskva Beynəlxalq “Halal” sərgisi keçiriləcək.

Bu barədə «APA-Economics»ə Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib.

Sərgiyə Rusiya və xaricdən olan qida, dərman, geyim, ətriyyat, kosmetik məhsulları istehsalçıları, turizm, nəşriyyat, maliyyə, eləcə də islam dəyərlərinə zidd olmayan digər fəaliyyət növləri sahəsində xidmətlər göstərən müəssisələr dəvət olunub. Sərgidə Azərbaycandan da şirkətlərin iştirakı nəzərdə tutulur.

«Halal-2010» sərgisində Rusiyanın müsəlman icması investisiya imkanlarını sərgiləyəcək. Sərgi ilə yanaşı, 3 günlük tədbirlər proqramına konfrans, təqdimat, müzakirələr və mədəniyyət tədbirləri də daxil edilib.

Sərgi çərçivəsində Rusiya-Ərəb İşgüzar Şurası Moskvada “Arabia Expo” - İkinci Ərəb Sərgisini keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR