Bank Of Baku

«Aqrolizinq» ASC regional logistik gübrə bazasının tikintisinə dair tender keçirir

«Aqrolizinq» ASC regional logistik gübrə bazasının tikintisinə dair tender keçirir
# 28 aprel 2010 14:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC Bərdə rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik gübrə bazasının tikintisinə dair tender keçirir.

Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin tender komissiyasından məlumat verilib.

Tenderin qalibi olmuş iddiaçı göstərilən obyektin tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 240 gün ərzin-də tam yerinə yetirərək təhvil verməlidir. İddiaçılar tenderin əsas şətlər toplusunu 1000 manat iştirak haqqı ödəməklə əldə edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün iyunun 3-dək sənədləri (tender təklifi və 2 faizli bank təminatı istisna olmaqla), tender təklifi və bank təminatını isə iyunun 11-dək «Aqrolizinq» ASC-yə (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi-12, Tel/Fax: 425-61-29; Mob/tel.: (994 50) 384-30-18) təqdim etməlidir.

Tender zərfləri iyunun 11-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR