Bank Of Baku

«Aznar» QSC 6,478 mln. manatlıq yeni səhm emissiyası dövlət qeydiyyatına alınıb

«Aznar» QSC 6,478 mln. manatlıq yeni səhm emissiyası dövlət qeydiyyatına alınıb
# 03 may 2010 09:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Aznar» QSC-nin səhmlərinin ikinci emissiya prospektinin dövlət qeydiyyatı başa çatdırılıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Aznar» QSC məlumat yayıb.

Səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının 5 mart 2010-cu il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2 manat olmaqla, yeni tədavülə buraxılmış 6 478 081 ədəd adi adlı səhmlərinin emissiyasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatı aprelin 30-da başa çatıb. Səhmlərin qapalı yerləşdirilməsi mayın 17-dən 19-dək həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR