Bank Of Baku

Azərbaycanda fermerlərə Avstriyadan alınan cins inəklərin ilk partiyasının satışına başlanılıb

Azərbaycanda fermerlərə Avstriyadan alınan cins inəklərin ilk partiyasının satışına başlanılıb
# 03 may 2010 13:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC Avstriyadan alınmış cins inəklərin ilk partiyasının fermerlərə satışına başlayıb. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin mətbuat və informasiya xidmətinin baş mütəxəssisi Pirvəli Həsənov məlumat verib.

P.Həsənovun sözlərinə görə, 163 baş Şviss və Sim-mental cins düyənin fermerlərə lizinqlə satışı həyata keçiriləcək. Artıq ölkənin müxtəlif bölgələrindən bu heyvanların alınmasına dair sənədlər təqdim olunub. Cins heyvanların satış qiyməti onların diri çəkisinə əsasən təyin olunur. Bir inəyin qiyməti təxminən 3500-3800 manatdır. Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən güzəşt olunur. Fermerlər qalan 50% vəsaitin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəməlidir.

P.Həsənov «Aqrolizinq» mütəxəssisləri tərəfindən Avstriyada 300 baş cins düyənin seçildiyini və növbəti partiyanın mayın 20-dən sonra Azərbaycana gətiriləcəyini vurğulayıb.

Xatırladaq ki, heyvanlar əvvəlcə müvafiq ölkədə, daha sonra Azərbaycanda 20 gün karantin dövrü keçdikdən sonra satışa çıxarılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR