Bank Of Baku

Goranboy rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər şöbəsinin müdiri: “Məhsuldarlıq həddən artıq aşağı düşəcək”

Goranboy rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər şöbəsinin müdiri: “Məhsuldarlıq həddən artıq aşağı düşəcək”
# 04 may 2010 10:33 (UTC +04:00)
Goranboy rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər şöbəsinin müdiri Məhəmməd Aşurov APA-ya bildirib ki, indi çiçək mövsümü olduğundan yağmurun mənfi təsiri çox olacaq: “Rayonun bir neçə yaşayış məntəqəsində əhalinin əsas məşğuliyyəti meyvəçilikdir. Amma mövcud hava şəraiti bu sahəni çox acınacaqlı vəziyyətə salıb. Fərdi təsərrüfatlara baxış keçirmişik. Meyvə ağaclarının üstündə nə qədər bar varsa, hamısı demək olar ki, məhv olub”.

Şöbə müdiri deyib ki, sel suları hələlik zərərsiz ötüşüb. Əkin altında olan pambıq və taxıl sahələrinə müəyyən zərər dəydiyini söyləyən şöbə müdirinin sözlərinə görə, havaların bu cür davam edəcəyi halda məhsuldarlıq həddən artıq aşağı düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR