Bank Of Baku

Azərbaycan paytaxtında Rusiyadan idxal olunan insan sağlamlığı üçün təhlükəli ət konservləri aşkar edilib

Azərbaycan paytaxtında Rusiyadan idxal olunan insan sağlamlığı üçün təhlükəli ət konservləri aşkar edilib
# 04 may 2010 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakının ticarət şəbəkələrindən insan sağlamlığı üçün təhlükəli ət konservləri aşkar edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının ticarət şəbəkələrindən götürülmüş ərzaq məhsullarının laborator müayinəsi zamanı Rusiyanın «Oryol Produkt» QSC-nin Oryol vilayəti, Mtsensk şəhəri, Promışlennaya küçəsi, ev 24 ünvanında yerləşən istehsalat sahəsində istehsal olunmuş «Tuşenaya Qovyadina» ət konservlərinin tərkibində DDT (4,4-dixlordifeniltrixloretan) və HXSH (heksaxlorsikloheksan) toksiki elementlərin miqdarının normadan artıq olduğu aşkar olunub.

İnsan sağlamlığı üçün təhlükəli ət konservlərinin satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülməsi barədə Dövlət Xidməti tərəfindən bu malların idxalçısı olan «Sham-Fi İnternational Traiding Company» MMC-yə və «Kompas» MMC-yə icrası məcburi göstəriş verilib. Hazırda həmin malların satışdan çıxarılması ilə bağlı tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR